
Humel Psixologiya Mərkəzi olaraq, 17 yanvar tarixində artıq 8-ci dəfə təşkil etdiyimiz “Gəlin Danışaq” ödənişsiz Söhbət Klubumuzun növbəti görüşünü uğurla başa çatdırdıq. Davamlı şəkildə təşkil olunan bu görüşlər, psixoloji rifahın gücləndirilməsi istiqamətində atdığımız mühüm addımlardan biridir.
Dəyərli partnyorumuz @azerbaijanyouthnetwork (AYN) ilə birgə təşkil etdiyimiz və 50-dən çox iştirakçının qatıldığı bu görüş, ənənəvi olaraq iştirakçılar üçün yüksək dəyər və real fayda yaratdı. İştirakçılar açıq və təhlükəsiz mühitdə fikirlərini bölüşmək, fərqli baxış bucaqları ilə tanış olmaq və öz təcrübələrini paylaşmaq imkanı əldə etdilər.
Bu dəfəki mövzumuz “Evlilik Mərhələləri” idi. Görüş zamanı iştirakçılar psixoloq Taryel Faziloğlu ilə birlikdə evlilik prosesində keçilən mərhələləri, bu mərhələlərdə baş verən emosional dəyişiklikləri, yaxınlıq anlayışının zamanla necə formalaşdığını və tərəflərin gözləntilərinin hansı amillərlə dəyişdiyini müzakirə etdilər. Eyni zamanda, münasibətlərin sağlam şəkildə qorunması, emosional bağın gücləndirilməsi və çətin dövrlərin daha şüurlu şəkildə idarə olunması ilə bağlı praktik yanaşmalar üzərində dayanıldı.
Söhbət Klubumuzun əsas məqsədi, gündəlik həyatda qarşılaşılan emosional və münasibət yönümlü çətinlikləri peşəkar psixoloji yanaşma ilə birlikdə müzakirə etmək, iştirakçılara öz daxili proseslərini daha yaxşı anlamaq imkanı yaratmaq və sağlam, davamlı çıxış yolları təqdim etməkdir.
Bu görüşlər sadəcə söhbət üçün yaradılmış bir məkan deyil. Bu platforma, insanların özünü daha dərindən dinlədiyi, duyğularını aydınlaşdırdığı, münasibətlərinə fərqli baxış bucağından yanaşmağı öyrəndiyi və daxili dəyişimin ilk, lakin ən vacib addımlarını atdığı xüsusi bir inkişaf mühitidir.
Humel Psixologiya Mərkəzi olaraq, psixoloji rifahın cəmiyyətin hər bir üzvü üçün əlçatan olmasına inanır və bu istiqamətdə layihələrimizi davam etdiririk. Gələcək “Gəlin Danışaq” Söhbət Klubu görüşlərimizdə sizi də aramızda görməkdən məmnun olarıq.









Tags: Psixologiya evlilik münasibətlər şəxsi inkişaf Gəlin Danışaq evlilik psixologiyası emosional bağ sağlam münasibət evlilik mərhələləri psixoloji rifah emosional yaxınlıq Söhbət Klubu Humel Psixologiya Mərkəzi ailə psixologiyası münasibət dinamikası emosional balans psixoloji maarifləndirmə evlilikdə çətin mərhələlər münasibətlərin idarə edilməsi Taryel Faziloğlu

Write a comment